Hindistanın şərqindəki Qərbi Benqal əyalətində maddi sıxıntı yaşayan ailənin mobil telefon almaq üçün uşaqlarını satdığı öyrənilib.
Bu barədə Manset.az Inquirer News-a istinadən məlumat verir.
Körpəni qonşuların soruşması zamanı, ailə 8 aylıq körpəni satdıqlarını etiraf edib.
Polis ana və körpəni aparan qadını saxlayıb.
Daha sonra körpənin atası da saxlanılıb, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilir.
Digər tərəfdən, ailənin 7 yaşlı qızını da satmağa çalışdığı iddia edilib.
Jalə
Manşet.az