Güclü külək qayığı batırdı - 25 nəfər öldü (VİDEO)

19:15 - 27 İyul 2023

Güclü külək qayığı batırdı - 25 nəfər öldü (VİDEO)

Filippində güclü külək səbəbindən göldə qayıq batıb.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki bu haqda Filippin Sahil Mühafizəsi (PCG) qrupları məlumat yayıb. 

Məlumatda ən azı 25 nəfərin cəsədinin tapıldığı, 40 nəfərin isə xilas edildiyi bildirilib. İtkin düşən 6 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Digər tərəfdən, dünən Filippinin şimalını təsir edən Doksuri qasırğasının səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 7 nəfər həyatını itirib. Tayfunun təsirini azaltdıqdan sonra bəzi bölgələrdə bərə və qayıq xidmətləri bərpa edilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az