İranda hicabını çıxararaq şahmat oynaması ilə gündəm olan peşəkar şahmatçı Sara Xademə İspaniya vətəndaşlığı verilib.
Manset.az Sozcu-yə istinadən xəbər verir ki, bu haqda İranın ədliyyə naziri Pilar Llop məlumat verib.
O, bir müddətdir İspaniyada yaşayan iranlı şahmatçı Sara Xademə İspaniya vətəndaşlığı verildiyini açıqlayıb.
Beynəlxalq şahmat turnirində hicabsız mübarizə apardığı və barəsində istintaq başladıldığı, həbs qərarı çıxarıldığı səbəbilə ölkəsində böyük müzakirələrə səbəb olan Xadem turnirdən sonra İspaniyaya qaçıb.
2022-ci ilin dekabrında Qazaxıstanda keçirilən turnirdə hicabsız nümayiş olunan Xademin bu hərəkəti ötən ilin sentyabrında Mahsa Emini əxlaq polisi tərəfindən saxlanılarkən öldürüldükdən sonra baş verib.
Llop bildirib ki, gənc şahmatçının vətəndaşlıq prosesində qeyri-adi hallar olub.
Jalə
Manşet.az