Ukrayna Silahlı Qüvvələrini Donetsk vilayətinin Volnovaxsk rayonunun Staromayorski kəndini Rusiya ordusundan azad edib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramdakı kanalında bildirib.
Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin ölkənin cənubundakı Staromayorsku azad etdiyini əks etdirən video yayımlayıb.
"Bizim cənub! Bizim oğlanlar! Yaşasın Ukrayna", - Zelenski yazıb.
Qeyd edək ki, son həftələr kənd uğrunda şiddətli döyüşlər gedirdi.