Meksikada həddindən artıq istilər 4 ayda 249 can aldı

13:16 - 28 İyul 2023

Meksikada həddindən artıq istilər 4 ayda 249 can aldı

Meksikada həddindən artıq istilərə görə son 4 ayda 249 nəfər qızmar temperaturdan dünyasını dəyişib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi iqlim dəyişikliyinin yaratdığı yandırıcı istilərlə bağlı dərc etdiyi hesabatında məlumat verib.  

Martın 19-dan iyulun 22-dək ölkə daxilində 45 dərəcəyə qədər istilərin 249 nəfərin ölümünə səbəb olduğu bildirilib. Ölümlərin 92,4 faizinin istidən, qalanının isə susuzluqdan olduğu qeyd edilib.

Ən çox ölüm faktı 100 nəfərlə Nuevo Leon əyalətində baş verib.

Hökumət istidən qorunmaq və xüsusilə saat 11:00-15:00 arası küçəyə çıxmamaq üçün vətəndaşlara xəbərdarlıq edib. Həmçinin, gündə ən azı iki litr su içmək tövsiyə olunub.

Qeyd edək ki, ötən ilin eyni dövründə Meksikada 38 nəfər istidən dünyasını dəyişmişdi. Ümumdünya Meteorologiya Təşkilatı (WMO) isti dalğalarının artdığını və dünyanın daha güclü isti dalğalarına hazır olmasının vacibliyini vurğulayıb.  

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az