Astrologiya yeni bir dövrə qədəm qoyur. Hər 8 ildən bir 5 dəfə baş verən və 40 gün davam edən Venera geriləməsi bəzi bürclərə ciddi təsir edə bilər. Bəs, iyulun 22-də başlayan və avqust ayı boyunca davam edəcək Venera geriləməsindən hansı bürclər təsirlənəcək?
Manset.az xarici mediaya istinadən avqust ayının uğursuz bürclərini təqdim edir.
Buğa bürcü: Avqust ayında buğaların eşq həyatında problemlər yarana bilər. Partnyorları ilə münaqişəyə girə bilərlər. Veneranın geriləməsinin mənfi təsirlərinə baxmayaraq ortaya çıxa biləcək problemləri həll etmək üçün Buğa bürclərinin ünsiyyət yönümlü olmasında fayda var.
Şir bürcü: Şirlər bu dövrdə özünə inamla bağlı problemlər yaşaya bilər. Şir bürcü nümayəndələri bu mərhələni rahat keçmək üçün qorxunu bir kənara qoymalıdırlar. Venera geriləməsi zamanı çətinliklərin öhdəsindən gəlmək üçün arxayın olmalıdırlar.
Əqrəb bürcü: Əqrəblər karyera hədəflərinə görə özlərini sorğuladıqları bir dövrə girəcəklər. Bu dövrdə Əqrəblər öz düşüncələrini və ideallarını yaxşı ayırd etməlidirlər. Planları üzrə addımlamalıdırlar.
Aygün
Manşet.az