Rusiya-Ukrayna müharibəsi davam edərkən bəzi şirkətlər müharibə turizmi adı ilə turistləri Ukraynaya səfər etməyə və müharibənin ortasında yaşamağın necə olduğunu görməyə dəvət edirlər.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, müharibə turizmi ölkədə mübahisələrə səbəb olub. Bəziləri tərəfindən bu, müharibə qurbanlarına hörmətsizlik kimi qiymətləndirilib. Bəziləri isə bu təşəbbüsün tarixi xatırlamaq və ondan ibrət götürmək üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə müharibənin izləri turistlərin diqqətinə səbəb olub.
Aygün
Manşet.az