Dünyanı təhdid edən yeni kabus: Marburq virusu

18:13 - 28 İyul 2023

Dünyanı təhdid edən yeni kabus: Marburq virusu

Mütəxəssislər xüsusi təsdiq edilmiş peyvəndi və spesifik müalicəsi olmayan Marburq virusu ilə bağlı xəbərdarlıq edib.

 

Manset.az xəbər verir ki, Mərkəzi Afrika bölgəsində təhlükə yaradan virusu keçən il Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etmişdi.

Alimlərlər Marburq virusunun anbarının Afrikada yaşayan bir meyvə yarasası olduğunu bildirib. Virus həm insanları, həm də heyvanlara təsir edən ağır ölümcül qanamalı qızdırma verən bir xəstəlikdi.

Düşünülür ki, virus ilk yoluxmuş şəxsə yarasa nəcisi ilə təmasda olduqdan və ya yarasaların yaşadığı mühitlərdə nəfəs vasitəsilə keçib. İnfeksiya insandan insana təmas yolu ilə yayılır. Məsələn, yoluxmuş şəxslərin bədən mayelərinin damcıları, qan və ya toxumalarla çirklənmiş əşyalarla təmas zamanı baş verə bilər. Virusun insanlar arasında yayılması qapalı mühitlərdə daha da artır. Nadir hallarda cinsi yolla ötürülməsi mümkündür. Virus 5-10 günlük inkubasiya dövründən sonra simptomlar göstərir.   

Simptomlar görünənə qədər xəstəlik yoluxucu deyil. İnkubasiya dövründən sonra ilkin simptomlar qızdırma, titrəmə, baş ağrısı və əzələ ağrılarını ehtiva edir. Xəstəliyin 5-ci günündə gövdədə səpgilər görünə, bulantı, qusma, sinə ağrısı, boğaz ağrısı və ishal baş verə bilər. Getdikcə sarılıq, pankreatit, ağır çəki itkisi, aldatmalar, qaraciyər çatışmazlığı və geniş yayılmış qanaxma müşahidə edilə bilər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az