Hindistanın Pəncab əyalətində daşqınlarda axtarış-xilasetmə işlərinə könüllü qatılan Caqcit Sinq 35 ildir görmədiyi anasını tapıb.
Manset.az The Times of India-ya istinadən məlumat verir ki, Sinqh 2 yaşından bəri görmədiyi və öldüyü deyilən anası Harjit Kauru iyulun 20-də Patialadakı "Boharpur" kəndində axtarış-xilasetmə əməliyyatları zamanı tapıb.
37 yaşlı Sinq ştatda güclü yağışların səbəb olduğu daşqınlar zamanı axtarış və xilasetmə işlərində iştirak edib.
Qarşılaşmanı Facebook-da paylaşan Sinq, duyğularına hakim ola bilmədiyini bildirib. Atası öləndə cəmi 6 aylıq olan Caqcit Sinq 2 yaşında ikən anası yenidən evlənəndə babası və nənəsi ilə yaşamağa gedib.
Nənə və babası illərdir valideynlərinin qəzada öldüyünü deyən Sinq həqiqəti yalnız 2018-ci ildə öyrənib.
Axtarış-xilasetmə əməliyyatları üçün Patiala gələndə o, bibisi Sinqha nənəsinin Patialadakı bir kənddə yaşadığını söyləyib.
Boharpura gələndə nənəsi Preetam Kaurla görüşüb və anası haqqında suallar verdikdən sonra Sinq həqiqətə gəldi və anasını tapıb.
Jalə
Manşet.az