Türkiyənin Bozcaada sahillərində İkinci Dünya Müharibəsinəaid mina tapılıb.
Manset.az məlumat verir ki, Bozcaadanın Çayır körfəzində dünən qurudan 35-40 metr aralıda dalğıc dənizin dibində obyekt görüb. Dalğıc vəziyyəti sahil mühafizə qruplarına xəbər verib.
Xəbərdarlıq üzərinə polis və sahil təhlükəsizlik qrupları bölgədə təhlükəsizlik tədbirləri alıb. Sahil Mühafizəsi Qərbi Mərmərə Qrup Komandanlığı qrupları və Degak-5 Komandanlığı qrupları tərəfindən aparılan araşdırmada obyektin 2-ci Dünya Müharibəsindən qalma 240 santimetr diametrli partlamamış İngilis minası olduğu müəyyən edilib.
Bu gün saat 17.30 radələrində qruplar minanın məhv edilməsi üçün hərəkətə keçib. Təhlükəsizlik tədbirləri görüldükdən sonra mina sualtı axtarış qrupu tərəfindən detonatorla partladılıb.
Jalə
Manşet.az