Hakan Fidan Danimarka XİN rəhbəri ilə danışdı

00:32 - 30 İyul 2023

Hakan Fidan Danimarka XİN rəhbəri ilə danışdı

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Danimarka Xarici İşlər naziri Lars Lokke Rasmussen ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.

Hakan Fidan görüş zamanı Danimarkada Qurana qarşı davam edən alçaq hücumları bir daha pisləyib.

O qeyd edib ki, Avropada anti-islamizm qorxulu həddə çatıb və ifadə azadlığı adı altında bu cür çirkin hərəkətlərə yol verilməsi qəbuledilməzdir.

Xatırladaq ki, Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında, iyulun 24-də isə İran və İraq səfirliyi qarşısında bir qrup insan tərəfindən Quran yandırılıb. Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az