Pakistanda siyasi partiya konqresini hədəf alan bombalı hücum olub.
Manset.az Pakistanın Milli mətbuatına istinadən məlumat verir ki, Xeyber-Paxtunxvanın Bacaur bölgəsində JUI-F üzvlərinin təşkil etdiyi konqresə bombalı hücum təşkil edilib.
Konqresin keçirildiyi binanın daxilində baş verən hücumda 35 nəfər həyatını itirib, 80-dən çox adam yaralanıb.
Rəsmilər konqresə 500-dən çox adamın qatıldığını və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.
Ölənlər arasında JUI-F-nin bölgədəki yüksək səviyyəli rəhbərlərinin olduğunu qeyd edən səlahiyyətlilər, Geo News televiziyasının operatorunun hücumda yaralandığını və vəziyyətinin ağır olduğunu da qeyd ediblər.
JUI-F lideri Fəzlur Rəhman hücumu pisləyib və baş nazir Şahbaz Şərifdən hadisəni araşdırmasını istəyib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Jalə
Manşet.az