Fenomenin ekstremal marağı ölümə səbəb oldu

11:17 - 31 İyul 2023

Fenomenin ekstremal marağı ölümə səbəb oldu

Sosial mediada ekstremal idmana olan həvəsi ilə tanınan fransız məşhur Remi Lusidi kontent hazırlamağa gəldiyi Honq-Konqda 68-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.

 

Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, sosial mediada “Remi Enigma” kimi tanınan Lusidinin hadisə yerində öldüyü açıqlanıb.

30 yaşlı fenomenin yıxılmasının səbəbinin nə olduğu hələlik bəlli deyil. Təhlükəsizlik görüntülərinə görə, Lusidi binaya daxil olduqdan sonra 49-cu mərtəbəyə çatır. Daha sonra pilləkənlərlə yenidən binanın başına qalxır. Lakin sonradan verilən açıqlamalar bir-biri ilə uzlaşmır. Bir mühafizəçi Lusidinin damda sıxıldığını iddia edir, digəri isə 40-cı mərtəbədəki dostuna baş çəkməyə gəldiyini deyir.

Qeyd edək ki, Lusidi ölümündən 6 gün əvvəl İnstaqramda Honq-Konqdan başqa bir göydələn görüntüsü paylaşıb. O, əvvəllər dəfələrlə oxşar hündürlükdə olan binalara dırmaşıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az