Ukrayna PUA-ları tərəfindən Moskvaya ikinci dəfə hücum cəhdindən sonra Rusiya qalmaqallı açıqlama verib.
Manset.az xarici KİV-ə istinadən xeber verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə Kiyevdə davam edən əks-hücum uğurlu olarsa Moskva nüvə silahından istifadə etməyə məcbur olacaq.
Nazir bunu Moskva ikinci dəfə Ukrayna pilotsuz təyyarələrinin hədəfinə çevrildikdən sonra bildirib.
Medvedev rəsmi sosial media hesablarından verdiyi açıqlamada bunları deyib;
“Əgər NATO-nun dəstəklədiyi hücum uğurla nəticələnsə və ərazimizin bir hissəsini qoparsa, o zaman biz Rusiya prezidentinin fərmanının qaydalarına uyğun olaraq nüvə silahından istifadə etməli olacağıq”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kiyev rəhbərliyinin Moskvada hərbi və mülki obyektlərə PUA-larla hücum etmək istədiyini, lakin Rusiya hava hücumundan müdafiə sistemlərinin PUA-ları vuraraq zərərsizləşdirdiyini bildirib.
Aygün
Manşet.az