Rusiya Krivoy Roq şəhərinə raketlər atdı - Ölən və yaralananlar var

11:56 - 31 İyul 2023

Rusiya Krivoy Roq şəhərinə raketlər atdı - Ölən və yaralananlar var

Ukraynanın Krivoy Roq şəhərində təhsil müəssisəsinə və yaşayış binalarına raketlərin düşməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Manset.az  Ukrayna KİV-inə istinadən xəbər verir ki, raketləri Rusiya ordusu atıb. Yerli polis idarəsi məlumatı təsdiqləyib.

Bildirilib ki, raketlərdən biri 4 mərtəbəli təhsil müəssisəsinin binasına düşüb. Dağıntılar altında qalanlar var. Əraziyə xilasedicilər və polis cəlb olunub.

İkinci raket isə 9 mərtəbəli yaşayış binasına düşüb. Orada da dağıntılar altında qalanların olduğu istisna edilmir. Fövqəladə hallar idarəsinin əməkdaşları binanın dağıntıları altında axtarış-xilasetmə əməliyyatı aparırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az