İranda hicabsız qadınlara tibbi xidmət göstərilməməsi istənildi

13:14 - 31 İyul 2023

İranda hicabsız qadınlara tibbi xidmət göstərilməməsi istənildi

İranlı hüquqşünas Əli Müctəhidzadə “Yaxşılığı əmr et və pislikdən çəkindirmə” qurumunun Səhiyyə Nazirliyinə və Tibb Elmləri Universitetinə göndərdiyi məktuba reaksiya verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, məktubda hicabsız qadınlara tibbi xidmət göstərilməməsi ilə bağlı təkliflər qeyd olunub.

Əli Müctəhidzadə hicabsız qadınlara səhiyyə xidmətinin göstərilməməsini “qanuna müharibə elan etmək” kimi qiymətləndirib. Belə bir hadisənin inzibati idarəetmə sistemi üçün çox təhlükəli olduğunu və ağrılı nəticələrə səbəb ola biləcəyini qeyd edib:

“Cənablardan soruşmalısınız ki, bu hərəkətə görə kimsə ölsə, bunun məsuliyyəti kimindir? Maraqlıdır, deputatlar, “Yaxşılığı əmr et” qurumunun rəhbərliyi, yoxsa Səhiyyə Nazirliyinin başında duranlar? Görəsən, vətəndaşlara problem yaratmağın məsuliyyətini öz üzərinə götürməyə hazır olan biri varmı?”

Həmçinin, Müctəhidzadə Tehran vilayətinin məhkəmə orqanları və prokurorlarının bu cür məktublar yazanları “təqib edəcəyinə” inandığını bildirib. Bu cür məktublar və əməllər ölkədə “qanunları ləkəmək” mənasına gəlir”.  

Digər tərəfdən İranda ölkədə çörəkxana, aptek, bazar və ticarət mərkəzləri kimi bir çox iş yeri hicab tələbinə uyğun gəlməyən qadınlara xidmət göstərdiyi üçün möhürlənib. İran dövlət televiziyasının xəbərinə görə, ölkənin şimalındakı Gilan əyalətində iki bank müdiri başını örtməyən qadınlara xidmət etdikləri üçün məhkəməyə verilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az