Rusiyada başlayan şiddətli fırtınada düşərgə ərazisində ağacın aşması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib.
Manset.az xəbər verir ki, hadisə Volqa çayının şimalında Mari El bölgəsində düşərgə ərazisində baş verib.
Ümumiyyətlə, səkkiz rayona təsir edən fırtına zamanı 76 nəfər xəsarət alıb, təxminən 100 min ev işıqsız qalıb və 50 binaya ziyan dəyib.
Səlahiyyətlilər yerli əhaliyə ağaclardan, zədələnmiş binalardan, gəzməkdən və çimməkdən çəkinmələri barədə xəbərdarlıq edib.
Aygün
Manşet.az