ABŞ prezidenti Co Bayden 10 günlük çimərlik tətilinə çıxıb.
Manset.az xəbər verir ki, 80 yaşlı ABŞ prezidenti həyat yoldaşı Cil Baydenlə dəniz kənarında dincələrkən kameralara tuş gəlib. İkilinin çətir altında əllərindəki materialları oxuduqları müşahidə olunub.
Beləki, Ağ Evdən yüzlərlə gün uzaqda qalan Baydenin tətil görüntüləri reaksiyalara səbəb olub.
Co Bayden tətilə getdiyi üçün Respublikaçılar tərəfindən tənqid edilib. Bildirilib ki, ABŞ prezidentinin vəzifə müddətinin təxminən 40 faizi bu şəkildə keçib.
Ayfgün
Manşet.az