Pakistanda mitinqdə partlayış: 42 nəfər öldü, 150 nəfər yaralandı

15:27 - 31 İyul 2023

Pakistanda mitinqdə partlayış: 42 nəfər öldü, 150 nəfər yaralandı

Pakistanın Bəcaur bölgəsində İslam Üləma Cəmiyyətinin təşkil etdiyi mitinqdə partlayış baş verib.

 

Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, partlayış zamanı 42 nəfər həyatını itirib, 150 nəfər yaralanıb. Səlahiyyətlilər ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Hücumla bağlı Pakistan prezidenti Arif Alvi Bajaurdakı partlayışı şiddətlə qınayıb. Baş verən partlayışda həlak olanların ailələrinə başsağlığı verib. Prezident xəsarət alanların tezliklə sağalması üçün dua etdiyini bildirib.

Ölkənin baş naziri Şahbaz Şərif hücumların Pakistanın demokratik sisteminə qarşı olanlar tərəfindən təşkil edildiyini bildirib:

“Siyasi partiyalara edilən hücumlardan da anlaşılacağı kimi, düşmən Pakistandakı demokratik sistemə qarşıdır. Məsul şəxslər müəyyən edilərək cəzalandırılacaq. Pakistan xalqı, hüquq-mühafizə orqanları və müdafiəçilərimiz heç vaxt düşmənin bu cür qorxaq taktikalarının uğur qazanmasına imkan verməyəcəklər. Mən də daxil olmaqla, bütün xalq hadisədə həyatını itirənlərin ailələrinin ağrısını bölüşür”.

Pakistanın keçmiş baş naziri İmran Xan hadisə ilə bağlı sosial media hesabındakı paylaşım edib:

“Bajaurda baş verən 42 nəfərin ölümünə və 150 nəfərin yaralanmasına səbəb olan bombalı hücumlar dərin kədərə səbəb oldu. Dualarım partlayışdan zərər çəkən ailələrlədir. Ölkə daxilində, xüsusən də Hayber Paxtunxvada terror hadisələrinin artması prioritetlərimizin yenidən müəyyənləşdirilməsini tələb edir. Hakimiyyətdə olanlar terrorla mübarizəni dövlət resurslarının və səylərinin mərkəzinə çevirməlidir. Pakistan yeni terror dalğasının öhdəsindən gələ bilməz”.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az