Elon Mask Twitterin yeni X loqosunu San-Fransiskodakı Market Street qərargahının damında qurması binanın yerləşdiyi məhəllədə şikayətlərə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sakinlər nəhəng X-in parıldayan, titrədiyi və yanıb-sönən videosunu çəkərək sosial şəbəkələrdə şikayətlərini paylaşıblar.
San-Fransiskonun tikinti müfəttişləri bunun qaydalara zidd olduğunu söyləyib.
Qeyd edək ki, hesabatda şirkət nümayəndələrinin loqonu araşdırmaq istəyən səlahiyyətlilərə qarşı iki dəfə damın girişində maneə törətdib. Lakin Twitter nümayəndəsi loqodan müvəqqəti istifadə edildiyini bildirib.
Aygün
Manşet.az