Tehran şəhər Cinayət Məhkəməsi bu gün biri 60 yaşlı qadın, digəri isə 40 yaşlı kişi olmaqla iki nəfəri nikahdan kənar münasibətdə olmaq ittihamı ilə şallaq cəzasına məhkum edib.
Manset.az Azadİran-a istinadən xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı məlumat yayıb.
Qadın ona qarşı olan ittihamları qəbul etməyib. 40 yaşlı kişi isə sadəcə qadına kömək etdiyini deyib. Kişi məhkəmənin ittihamına qarşı özünü müdafiə edərək bildirib ki, əgər belə bir iş görmək istəsəydim, daha gənc bir qadınla edərdim.
Məhkəmə bu ittihamı hər iki nəfərə şamil etsə də, İnsan Haqları Təşkilatı bunun əsassız olduğunu qeyd edib.
Xatırladaq ki, Mülki Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiya şallaq vurma kimi ləyaqəti alçaldan cəzaların tətbiqini açıq şəkildə qadağan edib. Lakin İran məhkəmə sistemi bu cəzanı icra etməkdə davam edir.
Aygün
Manşet.az