Myanmada fövqəladə vəziyyət yenidən uzadıldı

19:07 - 31 İyul 2023

Myanmada fövqəladə vəziyyət yenidən uzadıldı

Myanmada fövqəladə vəziyyət dördüncü dəfə uzadılıb.

 

Manset.az Myanmar Now-ya istinadən məlumat verir ki, Myanma ordusunun 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirməsindən sonra elan edilən fövqəladə vəziyyət 4-cü dəfə uzadılıb.

Fövqəladə vəziyyətin daha 6 ay uzadılması ilə ölkədə seçkilər növbəti dəfə təxirə salınıb.

Bildirək ki, sonuncu dəfə 1 fevral 2023-cü ildə 6 ay müddətinə uzadılan fövqəladə vəziyyət bu gün sona çatmalı idi.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az