Kırıkkale əyalətinin valisi zibil yeşiyinə atılan Türkiyə bayrağını oradan götürüb təmizləyən və xidməti avtomobilinə qoyan yol polisini sertifikatla mükafatlandırıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, Özcan Altun adlı polis məmurunun görüntüləri piyadalardan biri tərəfindən təsadüfən çəkilib və qısa müddət ərzində internetdə geniş müzakirə edilib.