“Fənərbağça” daha 2 futbolçu ilə anlaşdı

13:30 - 01 Avqust 2023

“Fənərbağça” daha 2 futbolçu ilə anlaşdı

"Fənərbağça" İtaliyanın "Sassuolo" klubundan Mert Müldür və sloveniyalı futbolçu Miha Zajc ilə yeni müqavilə imzalayıb.

 

Manset.az BAKU.WS-ə ustinadən xəbər verir ki, hər iki futbolçunun səhhətləri yoxlanıldıqdan sonra rəsmi müqavilə imzalanacağı gözlənilir.

Məlumata görə, “Fənər” Türkiyə millisinin oyunçusu Mert Müldür ilə 3 illik razılıq əldə edib. Sloveniyalı oyunçu Miha Zajc da transfer üçün İstanbula gəlib.

Yaxın saatlarda hər iki oyunçu ilə rəsmi müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, Mert Müldür ötən mövsüm İtaliya təmsilçisi "Sassuolo"da aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb. O, meydanda olduğu 3 rəsmi matçda qol və məhsuldar ötürmə verə bilməyib. Ötən mövsüm "Fənərbağça"nın heyətində 34 rəsmi oyuna çıxan Zajc isə 5 qol vurub, 4 məhsuldar ötürmə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az