Hollivud ulduzu psixoloji dispanserə yerləşdirildi

13:38 - 01 Avqust 2023

Hollivud ulduzu psixoloji dispanserə yerləşdirildi

Hollivud ulduzu Amanda Bayns psixoloji dispanserə yerləşdirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Amanda Bayns mütəmadi olaraq həkimlərin nəzarətində olacaq. O, xəstəxanada digər pasiyentlərlə ünsiyyət qura biləcək. 

Bu, aktrisanın ilk xəstəxana ziyarəti deyil. Beləki, Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. O bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışıb. Bundan sonra aktrisa psixiatriya klinikasında müalicə alıb. Aktrisa martın sonunda Los-Anceles küçələrində çılpaq gəzdiyi üçün həbs olunmuş və daha sonra yenidən xəstəxanaya yerləşdirilmişdi.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az