Hollivud ulduzu Amanda Bayns psixoloji dispanserə yerləşdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Amanda Bayns mütəmadi olaraq həkimlərin nəzarətində olacaq. O, xəstəxanada digər pasiyentlərlə ünsiyyət qura biləcək.
Bu, aktrisanın ilk xəstəxana ziyarəti deyil. Beləki, Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. O bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışıb. Bundan sonra aktrisa psixiatriya klinikasında müalicə alıb. Aktrisa martın sonunda Los-Anceles küçələrində çılpaq gəzdiyi üçün həbs olunmuş və daha sonra yenidən xəstəxanaya yerləşdirilmişdi.
Aygün
Manşet.az