ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında Şimali Koreya ilə Rusiya arasında son zamanlarda artan yaxınlaşma ilə bağlı sualları cavablandırıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Miller ölkəsinin lazım olarsa Ukrayna-Rusiya müharibəsində Rusiyaya dəstək verən təşkilatlara qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcəyini bildirib:
“Sanksiya tələb edən pozuntular və ya hərəkətlər aşkar etdiyimiz zaman Şimali Koreya və Şimali Koreya təşkilatlarına qarşı sanksiyalar tətbiq etməkdən çəkinmədik və bundan sonra da tərəddüd etməyəcəyik”
Həmçinin, Miller ötən həftə Şimali Koreyada keçirilən hərbi paradda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iştirakını da şərh edib. Onun sözlərinə görə müdafiə naziri Şoyqu Şimali Koreyya tətil üçün getməyib. Metyu Miller bəyan edib ki, Şimali Koreya ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi beynəlxalq təhlükəsizlik üçün faydalı deyil.
Aygün
Manşet.az