İyulun 15-də Uqandada başlayan vəba epidemiyası səbəbindən indiyədək 8 nəfər ölüb.
Manset.az bildirir ki, Uqanda Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin cənub-şərqindəki Namayingo bölgəsində vəba epidemiyasında can itkisinin qeydə alındığı paylaşılıb.
Namayingoda vəba epidemiyası səbəbiylə 8 nəfərin həyatını itirdiyi bildirilən açıqlamada, epidemiyanın qarşısını almaq üçün ictimaiyyətə gigiyena qaydalarına riayət edilməsi çağırışı edilib.
Qeyd edək ki, ötən il Uqandada vəba epidemiyası nəticəsində azı 20 nəfər ölüb.
Jalə
Manşet.az