Sağlam həyat videoları sosial mediada qısa zamanda diqqət çəkib fenomen 39 yaşında aclıqdan ölüb.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, əslən rus olan, sosial mediada Zhanna D'Art kimi tanınan və son 10 ildə yalnız vegan qidalanan Samsonova Şərqi Asiya turnesi zamanı xəstələnərək xəstəxanaya yerləşdirilib.
Bütün müdaxilələrə baxmayaraq Malayziyadakı xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.
Janna Samsonova on ildir ki, ciddi, xam bitki əsaslı meyvələr, günəbaxan tumuları və şirələrdən ibarət pəhrizə riayət edirdi.
Qeyd olunub ki, son 6 ildə su əvəzinə meyvə-tərəvəz şirələri içən Sasonovanın ölümünə səbəb "aclıq" olub.
Jalə
Manşet.az