"241 kvadrat kilometr ərazi azad edildi" - Anna Malyar

22:31 - 01 Avqust 2023

\"241 kvadrat kilometr ərazi azad edildi\" - Anna Malyar

Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayandan bəri ölkənin cənubunda və şərqində təxminən 241 kvadratkilometr ərazini azad edə bilib.

 

Manset.az “Report”-a  istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Baxmut istiqamətindən danışsaq, orada 2 kvadrat kilometr, toplamda isə artıq 37 kvadratkilometr ərazi azad edilib. Cənubdan danışsaq, son bir həftə ərzində 12 kvadratkilometrdən çox ərazi, toplamda isə 204 kvadratkilometrdən çox ərazi azad edilib”, - o deyib.

Nazir müavini hazırda Ukrayna ordusunun bütün istiqamətlərdə tədricən irəliləməyə davam etdiyini diqqətə çatdırıb. “Şərqdə bu, təkcə Baxmut istiqaməti deyil, amma orada möhkəmlənmək lazımdır. Belə olduqda uğurlar haqqında məlumatlar verilə biləcək”, - nazir müavini söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az