33 milyon dollarlıq İncil dələduzluğu

10:50 - 02 Avqust 2023

33 milyon dollarlıq İncil dələduzluğu

ABŞ-ın Corciya ştatında bir şəxs ölkədəki xristian xeyriyyə təşkilatlarından Çində İncilləri yaymaq və xristian kitablarını çap etdirmək vədi ilə 33 milyon dollar ianə toplayaraq aradan çıxıb.  

  

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.

İttiham aktına görə, Corciya əsilli Ceyson Cerald Şenk təxminən 10 ilə yaxındır Çində İncilin təbliği vədi ilə ölkədəki xeyriyyə təşkilatlarından və fərdlərdən ianə toplayıb. Lakin 45 yaşlı Şenk 33 milyon dolları şəxsi xərcləri üçün istifadə edib. O,müntəzəm olaraq təşkilatlara Çinin müxtəlif əyalətlərində nə qədər İncil paylanıldığına dair saxta statistik məlumatları özündə əks etdirən elektron qaimə-fakturaları göndərib.

Araşdırmalara görə Şenk ailə təsərrüfatına 7 milyon, həyat sığortasına 4 milyon, onlayn idman qumar saytına 1 milyon, zinət əşyalarına 1 milyon, ABŞ şirkətinin səhmlərinə 850 min, kredit kartı ödənişlərinə 820 min və Çilidə daşınmaz əmlaka 320 min pul xərcləyib. Həmçinin, Şenk xeyriyyə pullarının bir hissəsini dünyanın müxtəlif yerlərində bank hesabları olan saxta şirkətlərə yönəldib.

ABŞ Prokurorluğundan verilən məlumata görə Şenk vergidən yayınmaq üçün 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edib. Bildirilib ki, o, indi axtarışdadır və dünyanın hər yerində ola bilər. Hələlik onun harada olduğunu bilmirik. Şübhəlinin 20 ilə qədər həbs və "əhəmiyyətli maliyyə cəzaları və müsadirə" ilə üzləşəcəyi vurğulanıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az