İngiltərədən Şimali Kipr Türk Cümhuriyyətinə mühüm dəstək

14:45 - 02 Avqust 2023

İngiltərədən Şimali Kipr Türk Cümhuriyyətinə mühüm dəstək

Britaniyalı deputat Semmi Uilson Şimali Kipr Türk Respublikasının dünya tərəfindən tanınmasını dəstəkləyib.

 

Manset.az Türk mediasına istinadən xəbər verir ki, Britaniyalı millət vəkili KKTC-nin Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil dövlət kimi qəbul edilməməsi üçün heç bir səbəb olmadığını bildirib.

Semmi Uilson bu barədə Britaniyanın siyasi jurnalı Politicshome-da yazıb. O qeyd edib ki, Kipr adasında sərhədin hər iki tərəfində tam fəaliyyət göstərən hökumətlər və demokratik sistemlər var.

Semmi Uilsonun sözlərinə görə Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyi ilə bağlı 2010-cu il qərarı KKTC-nin tələbinə daha çox qanunilik təmin etməlidir.

Deputat İngiltərənin bu prosesdə Kipr türkləri ilə yunanlar arasında vasitəçi olmasını istədiyini vurğulayıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az