“Yalı çapkını” aktrisasının sirli sevgilisi

16:29 - 02 Avqust 2023

“Yalı çapkını” aktrisasının sirli sevgilisi

Türkiyəli aktrisa Buçe Buse Kahraman instaqram hesabından sevgilisi ilə eşq pozalarını paylaşıb.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözəl aktrisa sirli sevgilisinin üzünü göstərməyib. Aktrisanın paylaşımına sevgilisini etiketləməməsi izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, “Yalı çapkını” serialında Pelin obrazını canlandıran Buce Buse Kahraman son zamanlar tamaşaçılardan kəskin reaksiyalar almışdı. İzləyicilər onun serialda Seyran xarakterinin yerini alacağı iddialarına qədər irəliləmişdi. Bundan sonra aktrisanın meneceri Cem Tatlıtuğdan açıqlama verərək bildirmişdi ki, sərt tənqid etdiyiniz aktrisa sadəcə ona verilən ssenarini ən yaxşı şəkildə oynamağa çalışan gənc qadındır:

“İnsan hüquqlarını pozan və çoxlu cinayət məzmunlu minlərlə mesaj yazanların 18 yaşından aşağı olduğunu güman edirdik. Ancaq gördük ki, vəziyyət çox acınacaqlıdır... Yaşı 40-dan yuxarı olan, özlərini “Yalı çapkını” fanatı kimi təqdim edənlər də bu çirkinliyin içində... Tamaşaçı olmaqdan çıxıb insanlığını itirənlərə qarşı hər cür hüquqi mübarizə aparacağıq”.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az