Yunanıstanda nazir müavini gizli hərbi xəritəni ifşa etdi

17:12 - 02 Avqust 2023

Yunanıstanda nazir müavini gizli hərbi xəritəni ifşa etdi

Yunanıstanın Milli Müdafiə nazirinin müavini Nikos Hardalias məxfi məlumatların idarə edilməsində yanacaq çənlərinin dəqiq yerlərini göstərən gizli xəritənin qarşısında fotoşəkil çəkdirərək ciddi pozuntuya yol verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir müavini fotoşəkli hərbi təyyarələrin sursat anbarında baş verən yanğından sonra ərazini yoxlaması zamanı çəkdirib.

Beləki, fotoşəkildə gizlədilməli olan hərbi xəritə görünüb.

Yunanıstanın keçmiş milli müdafiə naziri Evangelos Apostolakis isə “Documentonews” xəbər portalına açıqlamasında bildirib ki, yanacaq çənlərinin təhlükəsizliyinin Milli Müdafiə Nazirliyindən bir siyasətçi tərəfindən yoxlanılması Silahlı Qüvvələrin nüfuzu baxımından etibar zədələyici bir hadisədir.

Apostolakis yoxlamaların Silahlı Qüvvələr tərəfindən aparılmasının daha məqsədəuyğun olacağını vurğulayıb.

Qeyd edək ki, Yunanıstanın Maqnisiya bölgəsində baş verən yanğının nəzarətdən çıxması hərbi təyyarə sursat anbarında partlayışa səbəb olub. Partlayışın təsirindən ətrafdakı bəzi evlərin şüşələri sınıb. Nikos Hardalias partlayışdan sonra bölgəyə gedərək araşdırmalar aparıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az