İranda sənaye şəhərciyində güclü yanğın olub.
Manset.az İRNA-ya istinadən xəbər verir ki, Lorestan əyalətinin Dorud şəhərində yerləşən sənaye şəhərciyində baş verən güclü yanğın müəssisələrə böyük ziyan vurub.
Əraziyə yanğınsöndürmə briqadası göndərilib. Günortadan əvvəl baş verən yanğında iki nəfər xəsarət alıb.
Bildirilib ki, hələlik səbəbi məlum olmayan yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir. Ətraf şəhərlərin yanğınsöndürənləri hadisə yerinə göndərilib.
Məlumata görə, yanğının qarşısı hələ də alına bilməyib.
Aygün
Manşet.az