İzmirdəki konsulluğa atəş açan şübhəli həbs edildi - VİDEO

19:46 - 02 Avqust 2023

İzmirdəki konsulluğa atəş açan şübhəli həbs edildi - VİDEO

Xəbər verdiyimiz ki, dünən günorta saatlarında Türkiyənin İzmir vilayətində İsveçin Fəxri Konsulluğuna silahlı hücum olub.

 

Manset.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisədən bir neçə saat sonra İzmir Təhlükəsizlik Müdirliyi Kəşfiyyat və Terrorla Mübarizə Şöbə qrupları tərəfindən aparılan istintaqda  silahlı hücum edən şəxsin yeri və kimliyi bilinib.

Ədliyyə binasına sövq edilən şübhəli "təsvirlə adam öldürməyə cəhd" ittihamı ilə polislər tərəfindən həbs edilib.

Digər tərəfdən silahlı hücumdan sonra ətrafdakı insanların yaşadığı çaxnaşma anları bir kafeteryanın təhlükəsizlik kamerasına əks olunub.

Görüntülərdə görünür ki, Kafedə oturanlar güllə səslərindən sonra hadisə yerindən dərhal  qaçıblar.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az