Rusiya Yaponiyaya xəbərdarlıq etdi

20:46 - 02 Avqust 2023

Rusiya Yaponiyaya xəbərdarlıq etdi

“Yaponiyanın Kuril adalarının mülkiyyəti ilə bağlı istənilən etirazı Rusiya tərəfindən daxili işlərə qarışmaq cəhdi kimi qiymətləndiriləcək”.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlması zamanı deyib.

“Bir daha bildiririk ki, Cənubi Kuril adaları İkinci Dünya Müharibəsindən sonra Rusiya Federasiyasının ayrılmaz hissəsidir. Bu tamamilə təkzibedilməz faktı nəzərə alaraq Tokionun hər hansı etirazı daha sonra bizim işlərimizə qarışmaq cəhdi kimi qiymətləndiriləcək. Bu, BMT Nizamnaməsinin əsas prinsiplərini pozmağa cəhddir”, - deyə Zaxarova bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az