Timsah 29 yaşlı futbolçunu yedi

22:28 - 02 Avqust 2023

Timsah 29 yaşlı futbolçunu yedi

Timsah "Deportivo Rio Canas" həvəskar klubunun kosta rikalı futbolçusu Xesus Alberto Lopez Ortisi yeyib.

 

Manset.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Bildirilir ki, hadisə şənbə günü baş verib. Heyvan idmançıya Quanakaste əyalətində Kanas çayında çimərkən hücum edib. Hadisədən sonra timsah hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib.

"Deportivo Rio Canas" klubu sosial şəbəkələrdə futbolçunun dəfn mərasiminin çərşənbə günü baş tutduğunu bildirib.

Lopez Ortiz 29 yaşında və iki övladı var idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az