ABŞ, İngiltətə və Fransa Nigerdəki səfirlik işçilərini ölkədən çıxardı

16:24 - 03 Avqust 2023

ABŞ, İngiltətə və Fransa Nigerdəki səfirlik işçilərini ölkədən çıxardı

Nigerdə ordu hakimiyyəti ələ keçirdikdən sonra ABŞ, İngiltərə və Fransa səfirlik işçilərinin təhlükəsizliyi üçün hərəkətə keçib.

 

Manset.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə Nigerdə ​​davam edən hadisələrlə əlaqədar olaraq səfirlik əməkdaşları və onların ailələri müvəqqəti olaraq təxliyə olunub. Həmçinin, bildirib ki, ABŞ Niger xalqı və Nigerdə ​​demokratiya üçün ölkə ilə münasibətlərini qoruyur.

Britaniya hökuməti də Nigerdə ​​təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə İngiltərənin Nigerdəki səfirliyindəki işçilərini müvəqqəti olaraq ixtisar edəcəyini açıqlayıb.

Fransa Xarici İşlər Nazirliyi öz növbəsində Nigerdəki xunta rəhbərliyindən Niameydə yenidən etiraz aksiyası keçirəcəyi təqdirdə Fransa səfirliyi işçilərinin təhlükəsizliyini təmin etməyi xahiş edib.

Qeyd edək ki, Fransanın Nigerə maliyyə yardımını kəsməsi nəticəsində xunta tərəfdarlarından bəziləri Niameydəki Fransa səfirliyi binası qarşısında toplaşaraq etiraz ediblər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az