Yaşı 18-dən aşağı olan şəxslərə YENİ QADAĞA

19:04 - 03 Avqust 2023

Yaşı 18-dən aşağı olan şəxslərə YENİ QADAĞA

Çində uşaqları qorumaq üçün yeni məhdudiyyət qoyulub.

 

Manset.az Anadolu Agentliyinə istinadən  məlumat verir ki,  Çin Kiberməkan İdarəsi (CAC) 18 yaşından kiçik şəxslərin mobil internet proqramlarına çıxışını məhdudlaşdıran yeni qaydaları açıqlayıb.

Açıqlamada bildirilir ki, uşaqların saat 10.00-18.00 arası “uşaqların fiziki və zehni inkişafına dəstək verən proqramlar” istisna olmaqla əksər mobil internet xidmətlərindən istifadə edə bilməyəcək.

Bundan əlavə, 16-17 yaşlı uşaqlar gündə 2 saat, 8-15 yaşlı uşaqlar gündə 1 saat, 8 yaşa qədər uşaqlar isə gündə 40 dəqiqə internetə qoşulmuş proqramlardan istifadə edə biləcəklər.

Tənzimləmə onlayn oyun, video və digər məzmun xidmətləri göstərən Tencent, Douyin, Bilibili və Kuaishou kimi internet platformalarına təsir edəcək.

Təlimatlar internet platformalarından qaydalara uyğun olaraq texniki tənzimləmələr etməyi tələb edir. Şirkətlər uşaq istifadəçilərin vaxt və məzmun məhdudiyyətlərinə əməl etmələri üçün məzmun və modullarını təşkil edir.

CAC sentyabrın 2-dək yeni qaydalarla bağlı ictimai rəyi öyrənəcəklərini bildirib.

Həmçinin CAC yeni qadağanın  qüvvəyə minmə tarixi barədə məlumat verməyib.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az