Ukraynadan "Taxıl dəhlizi" açıqlaması: Ərdoğan Putini döndərə biləcək yeganə liderdir

22:04 - 03 Avqust 2023

Ukraynadan \"Taxıl dəhlizi\" açıqlaması: Ərdoğan Putini döndərə biləcək yeganə liderdir

"Rusiya prezidenti Vladimir Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə lider prezident Rəcəb Tayyib Ərdoğandı"

 

Manset.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Qara dəniz taxıl dəhlizi ilə bağlı Ukraynanın Ukrnform dövlət agentliyinə açıqlamasında deyib.

Rusiyanın razılaşmanı dayandırdığını xatırladan Kuleba Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukraynanın Türkiyə ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.

Kremlin sözçüsü Dmitriy Peskov iyulun 17-də vaxtı bitmiş sazişlə bağlı açıqlama verib. O bildirib ki, "Taxıl dəhlizi" sazişi əslində başa çatıb. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq. Rusiya ilə bağlı razılaşmanın bir hissəsi yerinə yetirilməyib.

Jalə

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az