Qurana edilən hücumlarla bağlı Danimarkadan ilk açıqlama

09:52 - 04 Avqust 2023

Qurana edilən hücumlarla bağlı Danimarkadan ilk açıqlama

Danimarkanın baş naziri Mette Frederiksen ölkəsində Qurana qarşı edilən hücumlarla bağlı ilk dəfə danışıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Mette Frederiksen müqəddəs kitabların yandırılması ilə bağlı mümkün qadağanın ifadə azadlığını məhdudlaşdırmayacağını bildirib.

Baş nazirin sözlərinə görə başqalarının kitablarını yandıra bilməmək ifadə azadlığının məhdudlaşdırılması olduğunu düşünmürəm.

Frederiksen mümkün qadağanın "problem yarada biləcək bir vəziyyət yaratmayacağını" söyləyib.

"Məlum bir təhlükəsizlik riski var. Bu, həm də bizi beynəlxalq səviyyədə təcrid olunmaq riskinə məruz qoyur. Bu, tərəfdaşlıq və ittifaqlar qurmaq üçün çox səy göstərdiyimiz bir vaxtda xüsusilə problemlidir."

Qeyd edək ki, son vaxtlar Danimarkada Qurani-Kərimə qarşı hücumların intensivləşməsi və buna icazə verilməsi reaksiya ilə qarşılanıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az