Gürcüstanın Raça-Leçxumi və Kvemo Svaneti bölgəsindəki Şovi kurort şəhərində baş verən sürüşmə nəticəsində 6 nəfərin həyatını itirdiyi bildirilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hazırda bölgədə 400 nəfərlik axtarış-xilasetmə qrupu çalışır. Helikopterlərin köməyi ilə davam edən araşdırmalar zamanı 6 nəfərin cəsədi tapılıb.
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze təbii fəlakət bölgəsində olan 35 nəfərlə hələ də əlaqə saxlamaq mümkün olmadığını bildirib.
İndiyədək 200-dən çox insan təbii fəlakət bölgəsindən təhlükəsiz yerlərə aparılıb.
Aygün
Manşet.az