35 yaşlı qadın çox su içdiyi üçün öldü

16:16 - 04 Avqust 2023

35 yaşlı qadın çox su içdiyi üçün öldü

ABŞ-ın İndiana ştatında çox su içən qadın nadir rast gəlinən su zəhərlənməsindən həyatını itirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ashley Summers adlı 35 yaşlı qadın həyat yoldaşı və iki qızı ilə Friman gölünə gedib. Səfərin sonunda çox susuz qalıb. Həmçinin, başının gicəllənməsini və ağrıları olduğunu da bildirib.

Qadının ailəsi bildirib ki, 20 dəqiqə ərzində 4 şüşə su içib. Bu o deməkdir ki, Summers cəmi 2 litr su içib:

“Ashleyi xəstəxanaya apardıq. Həkimlər dedi ki, onun beynində şişlik var. Bunun nədən qaynaqlandığını bilmirlər. Şişkinliyi azaltmaq üçün nə edə biləcəklərini bilmirlər. Su zəhərlənməsi haqqında ilk dəfə o zaman eşitdik“.

Qeyd edək ki, su zəhərlənməsi qısa müddətdə çox su istehlak edildikdə yaranır. Su zəhərlənməsi simptomlarına kramp, ağrı, ürəkbulanma və baş ağrısı daxildir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az