Türkiyənin Kahramanmaraş vilayətinin Onikisubat rayonunda yenidən meşə yanğını başlayıb.
Manset.az trthaber-ə istinadən bildirir ki, meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
Yanğının söndürülmə işlərinə Kahramanmaraş Meşə Region Müdirliyi qrupları ilə yanaşı, Böyükşəhər Bələdiyyəsi xilasediciləri, jandarma, yerli əhali, təhlükəsizlik işçiləri dəstək verir.
Jalə
Manşet.az