Hakan Fidan Antoni Blinkenlə Azərbaycan-Ermənistan məsələsini müzakirə etdi

20:40 - 05 Avqust 2023

Hakan Fidan Antoni Blinkenlə Azərbaycan-Ermənistan məsələsini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı qarşı tərəfin təşəbbüsü ilə baş tutub.Danışıq zamanı Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az