Rusiyanın Ukraynadakı itkiləri açıqlandı

15:43 - 06 Avqust 2023

Rusiyanın Ukraynadakı itkiləri açıqlandı

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 249 700 hərbçisi məhv edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 237 tank, 8 262 zirehli maşın, 4 965 artilleriya sistemi, 705 reaktiv yaylım atəşi sistemi, 466 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311 helikopter, 4 126 PUA, 1 359 qanadlı raket, 18 gəmi/qayıq, 7 441 avtomobil texnikası və avtosistern, 734 xüsusi texnikadan ibarətdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az