Türkmənistan Hava Yolları Aşqabaddan Moskvaya uçuşları dayandırır.
Bu barədə Manset.az Haber Global-a istinadən məlumat verir.
Türkmənistan Hava Yolları tərəfindən verilən açıqlamada bildirilir ki, "Türkmənistan Hava Yolları 8 avqust - 28 oktyabr 2023-cü il tarixləri arasında Aşqabad-Moskva marşrutu üzrə uçuşları dayandıracaq. Rusiyaya uçuşlar Aşqabad-Kazan marşrutları üzrə həyata keçiriləcək"
Qeyd edək ki, şirkət uçuşların dayandırılmasının səbəbi ilə bağlı hələlik dəqiq məlumat verməyib.
Həmçinin, Qərb mediası Türkmənistan Hava Yollarının bu qərarının səbəbini “təhlükəsizlik narahatlığı” olaraq açıqlayıb.
Bildirək ki, ötən həftə Ukrayna paytaxt Moskvada iki pilotsuz təyyarə hücumu həyata keçirib və hücumlarda göydələnə ziyan dəyib.
Jalə
Manşet.az