Ukrayna Krımı Xersonla birləşdirən yeganə körpüyə zərbə endirdi

20:34 - 06 Avqust 2023

Ukrayna Krımı Xersonla birləşdirən yeganə körpüyə zərbə endirdi

Ukrayna Silahlı Qüvvələri yenidən Krımı Xerson vilayəti ilə birləşdirən yeganə Çonqar körpüsünə zərbə endirib.

 

Manset.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, körpüyə 4 raket zərbəsi endirilib.

Körpü keçid üçün müvəqqəti bağlanıb, hazırda körpüyə dəyən zərərin həcmi müəyyənləşdirilir.

Qeyd edək ki, Ukrayna ilk dəfə iyulun 22-də Çonqar körpüsünə raket zərbəsi endirib. Məqsəd Krımdan Ukraynanın Xerson və digər vilayətlərindəki Rusiya qüvvələrinə təchizatın dayandırılmasına nail olmaqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az