Türkiyəli aktrisa Pınar Dəniz sosial media hesabında ağlayarkən çəkdirdiyi fotosunu paylaşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aktrisa paylaşımını “Belə bir şey ... 06.08.23...” notu ilə qeyd edib. Aktyor Kaan Yıldırım isə sevgilisinin paylaşımına ürək emojisi ilə cavab verib.
Beləki, Pınar Dənizin bu paylaşımı pərəstişkarlarını çaşdırıb. İzləyiciləri aktrisanın fotosuna "Evlilik təklifi almısan?", "Məncə bu, xoşbəxtlik göz yaşlarıdır” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Pınar Dəniz və Kaan Yıldırım daha əvvəl jurnalistlərə çox yaxşı münasibətlərinin olduğunu bildirmişdilər.